Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanTürkiyənin oktyabrın 18-də gizli şəkildə sınaqdan keçirilmiş yeni “Tayfun” ballistik raketinə malik olduğunu təsdiqləyib.
"Unikal" xəbər verir ki, Türkiyənin “Roketsan” şirkəti tərəfindən hazırlanan raketlərin sınaqlarının Qara dəniz sahilində aparıldığı, “Tayfun”un 561 km məsafədəki hədəfi 458 saniyəyə uğurla vurduğu qeyd edilir.
“İndi bizdə Tayfun var və bu bizim mesajımızdır. Biz bunu izləməkdən məmnunuq”, – Ərdoğan İstanbulda çıxışı zamanı deyib.
Gültəkin Ələsgər