Ağ Ev İranda SpaceX Starlink peyk internet xidmətinin yaradılması üçün milyarder İlon Maskla danışıqlar aparır.
"Unikal" xəbər verir ki, bu barədə CNN rəsmilərə istinadən xəbər yayıb.
Peyk genişzolaqlı internet iranlılara internetə və bəzi sosial media platformalarına giriş məhdudiyyətlərindən yan keçməyə kömək edə bilər.
ABŞ Maliyyə Nazirliyi keçən ay bəzi peyk internet avadanlığının İrana ixrac oluna biləcəyini bildirərək, şirkətin ölkədə genişzolaqlı peyk xidmətləri göstərmək üçün lisenziyaya ehtiyacının olmaya biləcəyini irəli sürdü.
Mask daha sonra ABŞ dövlət katibi Entoni Blinkenin ABŞ-ın iranlılar üçün “internet azadlığını və sərbəst məlumat axınını təşviq etmək üçün” hərəkətə keçdiyi barədə tvitinə cavab olaraq Starlink-i aktivləşdirəcəyini söylədi.
Çərşənbə axşamı günü Musk Starlink-in Ukraynadakı xidmətlərinə görə ABŞ Müdafiə Nazirliyindən heç bir maliyyə almadığını deyib və əlavə edib ki, şirkət ödənişsiz xidmətlər və kiberhücumlardan qorunmaq üçün təhlükəsizlik tədbirlərinə xərclədiyi üçün ayda təxminən 20 milyon dollar itirir.
Gültekin Ələsgər