"Rusiya Ukraynadakı münaqişənin diplomatik yolla həlli yolunda deyil" .
"Unikal" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Rusiya nəinki diplomatiya əhval-ruhiyyəsində deyil, əksinə, əks istiqamətdə səylər göstərir.
Bundan əvvəl Blinken bildirmişdi ki, ABŞ Ukraynada Rusiya Federasiyasının qarşısında dayanmalıdır, əks halda “Pandora qutusu açılacaq” və bu, dünyanın digər yerlərində yeni münaqişələrə səbəb ola bilər.
Blinken vurğulayıb ki, əgər dövlətlər hazırda Kiyevə dəstək verməkdən imtina edərlərsə , o zaman Pandora qutusunun açılması riski var. Beləliklə, təkcə Aİ ölkələri deyil, digər dövlətlər bundan ibrət dərsi alacaqlar.
Onun fikrincə, ölkələrin ərazi bütövlüyünə hörmət edilməli, sərhədləri zorla dəyişdirilməməlidir.
Gültəkin Ələsgər