Ukraynanın işğal olunmuş ərazilərində rusiyalı əsgərlərə təlim keçən 10 İran hərbçisi Ukrayna tərəfinin endirdiyi zərbələr nəticəsində son bir həftədə həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna tərəfindən mənbə məlumat verib.
Məsələ ilə bağlı təfərrüatlar qeyd olunmur, lakın Ukrayna Milli Müqavimət Mərkəzinin məlumatlarına istinad edilir. Bu mərkəz işğal olunmuş Xerson vilayətində və Krımda iranlı təlimatçıların və hərbçilərin olduğunu ilk elan edənlərdən biri olub.
Həmçinin “The New York Times” ABŞ kəşfiyyatının məxfi məlumatlarına istinadən qeyd edib ki, İran rusiyalılara kömək üçün işğal olunmuş Krıma təlimatçılar göndərib. Təlimatçılar Tehrandan alınan pilotsuz təyyarələrlə bağlı problemlərin aradan qaldırılmasına yardım üçün göndərilib.
Daha sonra bu məsələ Ağ Evdə təsdiqlənib və İranın Ukraynadakı müharibədə birbaşa iştirakı elan edilib.