Bu gün “rəqəmsal terrorizm” təkcə demokratiya və ictimai asayiş üçün deyil, həm də ölkələrin milli təhlükəsizliyi üçün açıq təhdiddir.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin informasiya nazirlərinin İstanbulda keçirilən 12-ci iclasının iştirakçılarına müraciət edərkən deyib.
"Təəssüf ki, bu gün dünyada milyonlarla insan yalan, saxta və təhrif olunmuş məlumatlara görə əziyyət çəkir", - deyə Türkiyə prezidenti bildirib.