Oktyabrın 22-də Rusiya qoşunları Ukrayna ərazisinə ümumilikdə 36 raket atıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
"Gecədən başlayaraq düşmən kütləvi hücuma keçib, atılan 36 raketin əksəriyyəti vurulub. Hava hücumundan müdafiə qüvvələrinə təşəkkür edirik. Hazırda zərbə dəyən yerlərdə işləyən bütün qurumlara uğurlar diləyirik”.