İran XİN rəhbəri Hüseyn Əmir Abdullahiyan ölkəsinin prezidenti İbrahim Rəisinin adından Nikol Paşinyanı Tehrana səfərə dəvət edib.
"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, İran qonşuları ilə, o cümlədən Ermənistanla münasibətlərə önəm verir.
Paşinyan isə öz növbəsində qeyd edib ki, Qafanda Baş konsulluğun açılması Ermənistan və İranın münasibətləri inkişaf etdirmək niyyətində olduqlarını təsdiqləyir.