ABŞ-ın Texas ştatının Dallas xəstəxanasında baş verən atışmada iki tibb bacısı həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə “ABC News” telekanalı polis və tibb müəssisəsinin nümayəndələrinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs yaralı vəziyyətdə saxlanılıb. O, başqa xəstəxanaya aparılıb.

Cinayətkarın şəxsiyyəti və öldürülənlərin kimliyi açıqlanmır.

Polis hadisə ilə bağlı araşdırma aparır