Rusiyanın İrkutsk vilayətində "Su-30" hərbi təyyarəsi ikimərtəbəli yaşayış evinin üzərinə düşməsi nəticəsində iki pilot həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə TASS Fövqəladə Hallar Nazirliyinə istinadən bildirib.

Məlumata görə, sakinlər arasında itki yoxdur.

Qeyd edək ki, Rusiyanın İrkutsk vilayətində "Su-30" hərbi təyyarəsi ikimərtəbəli yaşayış evinin üzərinə düşüb. Hadisədən sonra başlayan yanğının sahəsi 200 kv.m-ə çatıb

XXX

14:56

Rusiyada hərbi təyyarə ikimərtəbəli evin üzərinə düşüb

"Unikal"ın TASS-a istinadən verdiyi xəbərə görə, hərbi təyyarə İrkutskda ikimərtəbəli evin üzərinə düşüb.

Ölən və xəsarət alanlar barədə məlumat verilmir.