Xersonda Ukrayna Silahlı Qüvvələrinin təşkil etdiyi terror aktı nəticəsində azı bir nəfər ölüb, üç nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Xerson vilayətinin Səhiyyə Nazirliyinin məlumatında deyilir.
"Bu gün, 2022-ci il oktyabrın 23-də ukraynalı millətçilər Xerson küçələrinin birində terror aktı törədiblər. Nəticədə, bir nəfər ölüb, üç nəfər yaralanıb", - məlumatda deyilir.
Zərərçəkənlər rayondakı tibb müəssisələrindən birinə yerləşdirilib. Terror aktının detalları açıqlanmayıb.