Türkiyədə də bir çox filialı olan Macfit fitnes mərkəzlərinin dünyaca məşhur sahibi Rainer Schalleri daşıyan təyyarənin Kosta Rikada qəzaya uğrayıb.
"Unikal" xəbər verir ki, dünyanın ən böyük fitnes şəbəkələrindən biri olan Mcfit-in qurucusu Rainer Schalleri daşıyan təyyarə ilə dünən əlaqə kəsilib. Şalleri, sevgilisi və iki övladı ilə Piaggio 180 təyyarəsi Meksikadan Kosta-Rikaya gedirdi.
Kosta-Rika mətbuatı xəbəri səhər saatlarında təyyarə ilə əlaqə kəsildikdən sonra açıqlayıb. Səhər saatlarında dənizdə iki cəsədin tapıldığı açıqlanıb. Cəsədlərin Şallerin təyyarəsinin düşdüyü bölgədə olduğu bildirilib. Kosta-Rika ictimai təhlükəsizlik nazirinin müavini Martin Arias dənizdə tapılan dağıntıların "görünür" qəzaya uğrayan təyyarədən gəldiyini söyləyib.
Mülki aviasiya idarəsinin direktoru Fernando Naranjo Kosta Rika mətbuatına deyib: “Təyyarə təxminən 25 mil (təxminən 40 km) əvvəl Limon hava limanına enmək üzrə olan zaman radarlardan itib. Təyyarə ilə sonuncu əlaqə iki min fut yüksəklikdə olub”.
Dünyanın ən böyük fitnes şəbəkələrindən biri olan Mcfit tərəfindən verilən ilk açıqlamada qəzanın baş verdiyi təsdiqlənsə də, təfərrüatlara dair məlumat verilməyib.Təyyarənin hansı səbəbdən qəzaya uğradığı hələ də aydın olmasa da, saat 1.14-də təyyarənin texniki problemlərlə üzləşdiyi iddia edilib. Almaniyanın “Bild” qəzeti Schaller-i sonuncu dəfə saat 01:45-də Whatsapp-da onlayn gördüyünü yazıb. Qəzanın dərhal sonra baş verdiyi bildirilib.
Bölgədə işlərin davam etdiyi, əlverişsiz hava şəraiti səbəbindən axtarış işlərinin dayandırıldığı bildirilir.
Gültəkin Ələsgər