Pentaqon ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı barədə məlumat yayıb.

"Unikal" xəbər verir ki, onların Ukraynadakı müharibəni müzakirə etdiyi bildirilir.

ABŞ müdafiə naziri Lloyd Ostin Rusiya müdafiə naziri Sergey Şoyqu ilə telefon danışığında Rusiyanın Ukraynada eskalasiyası üçün hər hansı bəhanəni rədd etdiyini bildirib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Şoyqu fransız, türk və britaniyalı həmkarlarına Ukraynanın “çirkli bomba” istifadə edə biləcəyi barədə xəbərdarlıq edib.

20:47

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Pentaqonun rəhbəri Lloyd Ostin ilə telefon danışığı aparıb.

 "Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlər Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, Ostin oktyabrın 23-də Sergey Şoyqunun zəng etdiyi dördüncü müdafiə naziri olub. Şoyqu bundan əvvəl Fransa, Türkiyə və Britaniya müdafiə nazirlərinə zəng vurub. Danışıqların əsas mövzusu Ukrayna müharibəsi ilə bağlıdır.