"Aİ-nin sonu 30 ildən çox əvvəl dağılmış Sovet İttifaqı kimi ola bilər".
"Unikal" xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban 1956-cı il Macarıstan qiyamının 66-cı ildönümü münasibətilə çıxışında deyib.
“Macarıstana kölgədən və ya Brüsselin yüksəkliyindən atəş açanları narahat etməyək. Onlar öz sələfləri ilə eyni yerdə qalacaqlar,” Orban Zalaegerszeg kənd qəsəbəsində seçilmiş qonaqlar qarşısında çıxışında deyib.
"İlk fəth edən imperiya bizə hücum edəndə biz burada idik və sonuncusu dağılanda da burada olacağıq" deyə Orban bildirib.
“Biz lazım olanda dözəcəyik və bacardığımız zaman müqavimət göstərəcəyik. Fürsətimiz olanda qılıncımızı çəkirik, zülm illəri gələndə isə vuruşuruq. Uduzanda belə qalib gəlirik”, – Orban deyib.
Gültəkin Ələsgər