İsrail hökuməti Albert Eynşteynin dünyanın ən böyük sənədlər kolleksiyasının yerləşəcəyi muzeyə milyonlarla dollar ayırmağa qərar verib.

"Unikal" xəbər verir ki, bu barədə İsrailin İvrit Universiteti bildirib.

Muzey Qüdsdəki Givat Ram kampusunda tikiləcək, hökumət təxminən 6 milyon dollar ayıracaq və universitet daha 12 milyon dollar cəlb edəcək.

İvrit Universitetinin qurucu atalarından biri olan Eynşteyn institutun qeyri-rezident qubernatoru idi.

Bütün zamanların ən böyük nəzəri fiziklərindən biri kimi qəbul edilən Eynşteyn 1955-ci ildə 76 yaşında vəfat edib. Arxivlərini universitetə ​​vəsiyyət edib və kurator Roni Qross bilidrib ki, 85.000 əşya onu dünyada Eynşteyn sənədlərinin ən böyük kolleksiyası edir.

Muzey bütün Eynşteynin arxivini özündə saxlayacaq və “elm və texnologiya təhsili üçün innovativ məkan” rolunu oynayacaq”, - universitetin bəyanatında deyilir.

“Muzey qabaqcıl sərgi texnologiyası, elmi nümayişlər və orijinal sənədlər vasitəsilə Eynşteynin elmə verdiyi töhfəni, kəşflərinin bugünkü həyatımıza təsirini, ictimai fəaliyyətini və həyatının əsas tarixi anlarında iştirakını təqdim edəcək”, - məlumatda deyilir. 

Eynşteynin nisbilik nəzəriyyəsi cisimlərin məkan və zamandakı hərəkətinə baxmaq üçün yeni üsullar təklif edərək bu sahədə inqilab edib. O, həmçinin kvant mexanikası nəzəriyyəsinə böyük töhfələr verib və 1921-ci ildə Fizika üzrə Nobel Mükafatını alıb.

Gültəkin