Dünyanın ən nifrət edilən milyarderləri tvitlər və süni intellektdən istifadə etməklə müəyyən edilib. Tədqiqat aparılarkən milyarderlərdən bəhs edən və yerlərə görə sıralanan geotagged tvitlər toplanaraq bir araya gətirilib.

"Unikal" dünyanın ən nifrət edilən milyarderlərini təqdim edir. 

Donald Tramp

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ən çox nifrət edilən milyarderlər siyahısında birinci yerdədir. Araşdırmaya görə, Donald Tramp Türkiyədə ən çox nifrət edilən milyarderdir. Türkiyə ilə yanaşı Trampa 84 ölkədə nifrət edilir.

Jeff Bezos

Amerikalı investor 15 ölkədə sevilsə də, 6 ölkədə ən çox nifrət edilən milyarder olub.

Rupert Merdok

Media maqnatı Merdok 4 ölkədə nifrət edilən addır.

Mark Zukerberq

Facebook-un qurucusu Zukerberq 4 ölkədə mənfur ad halına gəlib.

Bill Gates

Ən sevimli milyarder olsa da, Microsoft-un qurucusu 3 ölkədə nifrət edilənlər siyahısında ilk beşliyə düşüb.

Gültəkin Ələsgər