İran ordusu Qərbi Azərbaycan vilayətində hərbi təlimlərə başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə "Mehr" informasiya agentliyi məlumat yayıb.
Bildirilib ki, İraq və Türkiyə ilə sərhəddə keçirilən hərbi təlimlər, xüsusilə Pasve və Piranşəhr yaşayış məntəqələri ərazisində təşkil olunub.
Qeyd olunub ki, təlimlərin keçirilməsində məqsəd bölmələrin döyüş hazırlığının artırılması və gecə saatlarında hərəkətlərin işlənib hazırlanmasıdır.