Avropada nüvə silahından yalnız Rusiya istifadə edə bilər.
"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa ünvanladığı videomüraciətində deyib.
Zelenski Rusiyanın müdafiə naziri Sergey Şoyqunun qərbli həmkarlarına dediyi, Ukraynanın hazırkı münaqişədə "çirkli bomba"dan istifadə etməyə hazırlaşması ilə bağlı sözlərini tənqid edib.
"Avropanın bu hissəsində kimsə nüvə silahından istifadə edə bilərsə, bu, yalnız bir mənbə ola bilər və bu mənbə yoldaş Şoyquya telefonla zəng etməyi əmr edən mənbədir", - deyə Zelenski bildirib.
O, həmçinin bildirib ki, Şoyqunun "telefon karuseli" məsələyə aydınlıq gətirib: "Hamı yaxşı başa düşür. Onlar bu müharibədə təsəvvür edilən bütün çirkin şeylərin mənbəyinin kim olduğunu başa düşürlər".