İstanbulun Silivri rayonunda polislərə silahlı hücum olub.

"Unikal" xəbər verir ki, hadisə nəticəsində yaralanan polis əməkdaşlarından biri xəstəxanada vəfat edib.

Hadisə ilə bağlı 3 şübhəli şəxs saxlanılıb.

Qeyd edək ki, hadisə polis əməkdaşlarının başqa bir hadisənin təhqiqatı ilə məşğul olan zaman baş verib.