İran Atom Enerjisi İstehsalı və İnkişafı Şirkətinin saytının sındırıldığını təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə Atom Enerjisi Təşkilatı bəyanat dərc edib.
Açıqlamaya görə, təşkilatın bəzi mesaj və mübadilələri icazəsiz şəkildə paylaşılıb.
Bundan əvvəl "Anonymous" xaker qrupu şənbə günü elan edib ki, İslam Respublikasının nüvə obyektlərinin görüntülərini və İranın Atom Enerjisi Təşkilatından ən azı 50 geqabaytlıq məlumatı dərc edib.
Ağarza Elçinoğlu