Rusiyanın Pyatiqorsk şəhərində “İslam Dövləti”nin bir qrup tərəfdarı şəhər polis idarəsinin binasında terror aktı hazırlayarkən saxlanılıb.
"Unikal" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
"Pyatiqorskda İŞİD beynəlxalq terror təşkilatının tərəfdarlarından ibarət sui-qəsdçi qrupun cinayətkar fəaliyyəti üzə çıxarılıb və qarşısı alınıb”, - mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
FTX müəyyən edib ki, terror qruplaşmasının tərkibində Mərkəzi Asiya respublikalarının vətəndaşları var. Onlar Pyatiqorskda şəhər polis idarəsini partlatmağı planlaşdırıblar.
Axtarış zamanı təhlükəsizlik qüvvələri bombanın komponentləri, o cümlədən zərbə elementləri, montaj sxemləri ələ keçirib. “İslam dövləti”nin simvolları və kuratorlarla yazışmalar da tapılıb.
Terror aktı hazırlamaq faktı ilə bağlı cinayət işi açıldığı bildirilir.
Gülayə Mecid