Təbrizdə Ermənistanın konsulluğu açılsa, bir həftə keçməmiş ona od vuracağıq.
"Unikal" xəbər verir ki, bunu Təbrizdə hakim rejim əleyhinə qalxan etirazçılar bildirib.
Onlar əksəriyyəti türklərdən ibarət olan topluluğun içərisində erməni qurumunun yaradılmasının mümkünsüzlüyünü deyiblər.
Qeyd edək ki, bir qədər öncə Ermənistan İranda konsulluq açmaq niyyətini açıqlamışdı. İran XİN də öz növbəsində Ermənistanın Cənubi Azərbaycanda - Təbriz şəhərində konsulluq açmasına razılıq vermişdi.
Ağarza Elçinoğlu