Türkiyənin "Anadolujet" Hava Yollarına məxsus təyyarəsi İstanbulun Sabiha Gökçen Hava Limanına eniş edə bilməyib.
"Unikal" xəbər verir ki, Trabzon-Sabiha Gökçen reysini həyata keçirən təyyarə bölgəyə sızan hidro yağların təmizlənməsi səbəbilə uzun müddət havada dövr etməli olub.
Sabiha Gökçen hava limanına enə bilməyən təyyarə daha sonra İstanbul hava limanına istiqamətlənib. Sərnişinlər avtobuslarla Sabiha Gökçen hava limanına aparılıb.
Ağarza Elçinoğlu