Rumıniyanın müdafiə naziri Vasile Dincu istefa verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, buna səbəb kimi, ölkə Prezidenti Klaus İohannislə çalışmaq istəmədiyini bildirib.
Qeyd edək ki, V.Dincu bir müddət əvvəl söyləmişdi ki, Şərqi Avropadakı savaşın başa çatmasının yeganə yolu Ukrayna ilə Rusiyanın dialoq masası arxasına oturmasıdır. Sabiq nazirin sözlərinə görə, Ukraynanın ona təhlükəsizlik təminat verən ölkələrə ehtiyacı var.