İran səfərbər olanlar üçün Rusiya Federasiyası ordusunu gülləkeçirməz jilet və dəbilqə ilə təmin edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Kəşfiyyat Baş İdarəsinin məlumatına görə, İran Ukraynaya qarşı müharibədə Rusiyaya "Arash-2" pilotsuz təyyarələri və ballistik raketlərdən istifadə etmək üçün müşavirlər də göndərəcək.
"Rusiya Federasiyasının səfərbər edilmiş silahlı qüvvələri İran istehsalı olan gülləkeçirməz jiletlər və dəbilqələrlə təmin olunmağa başlayıb, həmçinin İrandan Rusiya Federasiyasına pilotsuz təyyarələrdən istifadə üzrə yeni məsləhətçilər qrupları da gəlir", - deyə kəşfiyyat xidməti bildirib.
Qeyd olunub ki, yaxın vaxtlarda 3000 ədəd zirehli mühafizə vasitələrinin - 1500 gülləkeçirməz jilet, "Milad" İran istehsalı olan 1500 dəbilqənin təhvil verilməsi planlaşdırılır. Hazırda İran döyüş sursatları Belqorod vilayətində 3-cü motoatıcı diviziyanın logistika mərkəzinin 1061 saylı anbarındadır.
Ağarza Elçinoğlu