Finlandiyanın VR Group (Ve-er group) dövlət şirkəti ilin sonuna qədər Rusiya istiqamətində malların daşınmasını tamamilə dayandıracaq.
"Unikal" xəbər verir ki, bu barədə bazar ertəsi şirkətin baş direktoru Elisa Markula məlumat verib.
Kauppalehti onun sözlərini sitat gətirib: "Şərqə yük daşımaları ən geci bu ilin sonuna qədər tamamilə dayanacaq".
Sentyabrın sonuna qədər şirkət Rusiyaya yük daşımalarının 65%-ni kəsib. Yazda Finlandiya Rusiya Federasiyasında dəmir yolu ilə yük daşımalarını tamamilə dayandırmaq niyyətində olduğunu bəyan edib. Martın 28-də VR Group Helsinki və Sankt-Peterburq şəhərlərini birləşdirən Allegro sərnişin qatarlarının hərəkətini qeyri-müəyyən müddətə dayandırıb.
Gültəkin