Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra mətbuata verdiyi açıqlama zamanı Azərbaycana səfərindən danışıb.
"Unikal" xəbər verir ki, o, ötən həftə Zəngilan hava limanının açılışında iştirak etdiyini xatırladıb.
Ərdoğan Şuşa Bəyannaməsindən sonra Türkiyə-Azərbaycan əlaqələrinin yeni dövrə qədəm qoyduğunu bildirib.
"Füzuli və Zəngilan hava limanlarına regionun inkişafı üçün strateji addım kimi baxırıq. Regiona canlılıq gətirəcək daha bir addım minaları təmizləmək üçün layihəmizi sürətləndirmək qərarıdır. Biz təkcə Bakıda Maarif Vəqfi məktəblərinin rəsmi açılış mərasimini keçirmədik, həmçinin Azərbaycan-Türkiyə Universitetinin təməlinin qoyulması mərhələsinə gəldik. Bütün bu inkişafları qiymətləndirməmək olmaz və bunların hamısının arxasında güclü siyasi iradə və nəticə əldə etmək əzmi dayanır", - o bildirib.