Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) deputatları solçu partiyaların hökumətə etimadsızlıq barədə təklif etdiyi qətnamənin əleyhinə səs veriblər.
"Unikal" xəbər verir ki, Qətnamə layihəsini solçu koalisiya Yeni Xalq Ekoloji və Sosial Birliyi hazırlayıb. “Qətnamənin qəbulunun lehinə 239 deputat səs verdi. Beləliklə, bu təklif qəbul olunmadı, çünki onun təsdiqi üçün parlamentarilərin ən azı yarısının (289) səsini qazanması lazım idi”, - deyə parlamentin spikeri Yael Bron-Pive bildirib.
Müxalifətin narazılığına Fransanın baş naziri Elizabet Bornun 2023-cü ilin büdcəsi haqqında maliyyə qanunu qəbul edilərkən konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndindən istifadə etmək qərarı səbəb olub. Bu, Nazirlər Kabinetinə parlamentin təsdiqi olmadan maliyyə qanun layihələrini qəbul etməyə imkan verir.