Kiyevə səfərə gələn Almaniya prezidenti Frank-Valter Ştaynmayer Ukrayna xalqına müraciət edib. 

"Unikal" xəbər verir ki, müraciəti prezidentin sözçüsü Kerstin Hammelin “Twitter” səhifəsində paylaşıb. 

Belə ki, o, "Ukrayna xalqına mesajım: Almaniyaya arxalana bilərsiniz! Biz Ukraynanı hərbi, siyasi, maliyyə və humanitar baxımdan dəstəkləməyə davam edəcəyik”, - deyə müraciətində bildirib.  

Ştaynmayer Almaniya vətəndaşlarına da müraciət səslənib:

"Bu müharibənin buradakı (Ukraynada - red.) insanlar üçün nə demək olduğunu heç vaxt unutmayaq. Müharibənin Almaniyada da bizə gətirdiyi bütün yüklərə baxmayaraq, gəlin bir anlıq ukraynalıların gözü ilə baxaq... Biz bilirik ki, onların bizim tam həmrəyliyimizə və dəstəyimizə ehtiyacı var", -  deyə prezident bildirib.

Gülayə Mecid

***08:58

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Rusiya-Ukrayna münaqişəsi başlayandan sonra ilk dəfə Kiyevə gedib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  dövlət başçısı Ukraynaya qatarla gəlib. Gün ərzində onun həmkarı Volodimir Zelenski ilə görüşü gözlənilir.