Dünya Bankı Rusiyanın genişmiqyaslı işğalı nəticəsində yaranan təcili ehtiyacları maliyyələşdirmək üçün Ukraynaya əlavə 500 milyon dollar ayırdığını açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barəıdə "Reuters" məlumat yayıb.
"Bankın əsas kredit qolu olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən maliyyələşdirmə Böyük Britaniyadan sentyabrın 30-da elan edilmiş 500 milyon dollarlıq kredit zəmanəti ilə dəstəklənib", - bankın açıqlamasında deyilir.
Vəsaitlər oktyabrın 25-də Berlində keçiriləcək və milli liderlərin, inkişaf üzrə ekspertlərin və baş direktorların Rusiyanın işğalından sonra Ukraynanı necə bərpa edəcəyini müzakirə edəcəkləri bərpa konfransından əvvəl ayrılıb.
Seymur Əli