Dərin bir iqtisadi problemlə üzləşdiyimizə şübhə yoxdur. Partiyamızı və ölkəmizi bir araya gətirmək mənim əsas prioritetim olacaq.
"Unikal" xəbər verir ki, bunu Rişi Sunak Böyük Britaniyanın yeni Baş naziri seçildikdən sonra ilk çıxışı zamanı deyib.
Sunak çıxışının əvvəlində fövqəladə çətin şəraitdə ölkəyə göstərdiyi xidmətə görə eks Baş nazir Liz Trassa təşəkkür edib.
"Lakin heç bir şübhə yoxdur ki, biz dərin iqtisadi problemlə üz-üzəyik. Bizə indi sabitlik və birlik lazımdır. Mən partiyamızı və ölkəmizi bir araya gətirməyi özümə əsas prioritet hesab edəcəyəm. Çünki qarşımızda duran çətinliklərin öhdəsindən gəlmək bizim əsas prioritetimizdir. Bu, yeganə yoldur. Mən sizə dürüstlük və təvazökarlıqla xidmət etməyə və Britaniya xalqına xidmət etmək üçün hər gün çalışmağa söz verirəm", - Sunak qeyd edib.
Ağarza Elçinoğlu