Yaponiyada bir qrup alim Rəqəmsal Transformasiya Naziri Kono Taronun avatar robotunu hazırlayıb.
"Unikal" xəbər verir ki, Osaka Universitetinin professoru Nazir Kononun robotu İşiquro Hiroşinin rəhbərlik etdiyi layihədə istehsal edilib.
Dövlət dəstəyi ilə istehsal edilən avatar robotun gözləri, ağzı və oynaqları daxil olmaqla 52 bədən hissəsi uzaqdan idarə oluna bilir.
Belə ki, nazir təqdimat mərasimində avatarını uzaqdan idarə edib.
O, "Mən Kono Taroyam. Onu uzaqdan idarə etmək olar, bu olduqca qəribədir. Özüm getməzdən əvvəl avatarımı bir çox yerə göndərmək və insanlarla uzaqdan danışmaq istəyirəm", - deyib.
Bildirək ki, robot nazir Kononun səsini təqlid edərək danışa bilir.
Gülayə Mecid