Turizm, idman və ya mədəniyyət məqsədi ilə səyahət edən hər hansı Aİ üzv dövləti tərəfindən verilmiş etibarlı Şengen vizası olan ruslar 25 oktyabr çərşənbə axşamından etibarən Çexiyaya daxil ola bilməzlər.
"Unikal" xəbər verir ki, bu barədə "Praqa Radiosu" məlumat yayıb.
Beləliklə, Çexiya da Rusiyanın Ukraynanı işğal etməsinə cavab olaraq əvvəlki həftələrdə sərhədlərini rus turistlər üçün bağlayan Baltikyanı ölkələr, Polşa və Finlandiyaya qoşulub.
Seymur Əli