Fransa prezidenti Emmanuel Makron Roma Papası Fransiskdən Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiya prezidenti Vladimir Putinlə telefon danışığını istəyib.
"Unikal" xəbər verir ki, bu barədə “Le Point” jurnalı məlumat yayıb.
"55 dəqiqəlik auditoriya zamanı Makron pontifikdən prezident Putinə, patriarx Kirilə, eləcə də ABŞ prezidenti Co Baydenə zəng etməyi xahiş edib".
Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şolts və Makronla daha az danışır, çünki onlar Rusiyanın mövqeyini nəzərə almırlar.
Gülayə Mecid