Böyük Britaniya kralı III Karl Liz Trassın istefasını qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə Bukinqem sarayından verilən məlumatda deyilir.
Bildirilib ki, Liz Trass istefasını rəsmi olaraq krala təqdim etmək üçün onunla görüşüb və istefası qəbul edilib.
Rişi Sunak isə hazırda Bukinqem sarayındadır, O III Karlla görüşdükdən sonra Baş nazir kimi hökuməti formalaşdırmağa dəvət alacaq.