Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı xüsusi əməliyyat fonunda Rusiya Silahlı Qüvvələrinin ehtiyaclarını ödəmək üçün koordinasiya şurasının iclasına başlayıb. Bu, dövlət başçısının iştirakı ilə keçirilən ilk belə tədbirdir.
"Unikal" xəbər verir ki, Putin bir həftə əvvəl Təhlükəsizlik Şurasının iclasında hökumətin nəzdində belə bir strukturun yaradılması əmrini açıqlamışdı. Onun məqsədi federal və regional hakimiyyət orqanlarının bu sahədə koordinasiyasını gücləndirməkdir.
Koordinasiya Şurasına baş nazir Mixail Mişustin rəhbərlik edirdi. Bu vəzifədə onun müavinləri baş nazirin müavini - hökumət aparatının rəhbəri Dmitri Qriqorenko və baş nazirin müavini - sənaye və ticarət naziri Denis Manturov olub. Sözügedən struktura Nazirlər Kabineti sədrinin digər ixtisaslaşmış müavinləri, nazirlər, eləcə də şöbə müdirləri də daxil idi.
İclasda Mişustin məruzə ilə çıxış edəcək. Regionlarda təhlükəsizlik tədbirləri ilə bağlı işi əlaqələndirmək tapşırılan Moskva meri Sergey Sobyaninin də çıxışı nəzərdə tutulub.
Gültəkin Ələsgər