Almaniya prezidenti Frank-Valter Ştaynmayer hava hücumu xəbərdarlığı səbəbindən Ukraynanın Çerniqov vilayətinin Koryukovka şəhərində bomba sığınacağında bir saat qalmalı olub.
"Unikal" xəbər verir ki, bu barədə ARD teleradio şirkəti məlumat yayıb.
"Hava xəbərdarlığı! Ukraynanın şimalındakı Koryukovkaya çatdıqdan bir neçə dəqiqə sonra prezident Ştaynmayer bomba sığınacağına gedəcək”, - ARD-nin jurnalisti Matthias Deiss Twitter səhifəsində yazıb.
Daha sonra o əlavə edib ki, Ştaynmayer bomba sığınacağında yerli sakinlər və Koryukovka meri ilə söhbət edib.
Bundan əvvəl Almaniya prezidenti Frank-Valter Ştaynmayerin Ukraynaya gəldiyi məlum olub . Bu, onun Rusiya xüsusi əməliyyatı başlayandan bəri ilk səfəridir.
Qeyd olunur ki, dövlət başçısı Kiyevə qatarla gəlib.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin LXR və DXR rəhbərlərinin yardım xahişinə cavab olaraq Donbası qorumaq üçün hərbi xüsusi əməliyyat keçirmək qərarına gəldiyini açıqlayıb .Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Gültəkin Ələsgər