Qvineya-Bisau prezidenti Umaru Şisoku Embalo Rusiya prezidenti Vladimir Putindən freqatlar və helikopter istəyib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Embalo çərşənbə axşamı keçirilən iclasda hərbi vasitələrin tədarükü xahişi ilə müraciət edib.
"Biz dəniz qüvvələrimiz üçün böyük gəmilər istərdik. Bəlkə Rusiya bizi belə gəmilərlə təmin edə biləcək? Sonra bu freqatların pulunu necə ödəyə biləcəyimizi görəcəyik. Ola bilsin ki, biz də helikopter sifariş edək", - deyə prezident bildirib.
Putin cavabında bu məsələnin müzakirə olunacağını bildirib.
Ağarza Elçinoğlu