Böyük Britaniyanın Uels dövlət katibi Robert Bakland Baş nazir Rişi Sunakın təyinatından sonra istefa verib.
"Unikal" xəbər verir ki, bu barədə Bakland "Twitter"də istefa verdiyini yazıb.
Bakland Sunakı hakim Mühafizəkarlar Partiyasının lideri və hökumət başçısı təyin olunması münasibətilə təbrik edib və onu dəstəklədiyini bildirib.
Bundan əlavə, ətraf mühit, ərzaq və kənd təsərrüfatı naziri Ranil Cayavardena da istefa verdiyini açıqlayıb.
Ağarza Elçinoğlu