Ermənipərəst fəaliyyətlə bağlı Zatulin Azərbaycanda da persona non-qrata elan edilir. Ən azı qəribədir ki, Ermənistan Respublikası da eyni addımı atır.
"Unikal" xəbər verir ki, bunu Ermənistan Parlamentinin keçmiş deputatı İveta Tonoyan deyib.
"Şübhəsiz ki, təhlükəsizlik təkcə ordu deyil. Hesab edirəm ki, təhlükəsizlik həm də xarici siyasətlə bağlıdır. Heç kəsə sirr deyil ki, bu gün Rusiya regionda təhlükəsizliyin təminatçısıdır, onun qoşunları da Artsaxın təhlükəsizliyini təmin edir. Bir az əvvəl Zatulinin ölkəyə girişinə qadağa qoyulduğunu öyrəndik. Düşünürəm ki, Rusiya Federasiyası deputatının Ermənistana girişinə qadağa qoyulmasının xarici siyasət baxımından hansı nəticələrə gətirib çıxara biləcəyini heç kim müzakirə etmir", - eks-deputat əlavə edib.
Ağarza Elçinoğlu