Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ prezidenti Baydenin xüsusi köməkçisi, ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Amanda Slottla telefon danışığı aparıb.
"Unikal" xəbər verir ki, Təhlükəsizlik Şurasının ofisinin mətbuat xidmətindən verilən məlumata görə, tərəflər Ermənistan və ABŞ arasında ikitərəfli münasibətlərin genişləndirilməsi və inkişafı gündəliyini müzakirə ediblər.