Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İngiltərə kralı Çarlz ilə görüşüb.
"Unikal" xəbər verir ki, Ərdoğan-Kral Çarlz görüşündə Türkiyə-Birləşmiş Krallıq münasibətləri müzakirə olunub.
Ərdoğan kraliça Elizabetin ölümü ilə bağlı başsağlığı verib.
Bundan əlavə, Türkiyə lideri iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqliyə əsaslanan, bir çox sahələri əhatə edən güclü əlaqələrin yeni dövrdə də inkişaf edəcəyinə inandığını bildirib.