“Sentyabrda baş verən sərhəd toqquşmalarında 240 hərbçimizi itirmişik”.
"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
İ, bildirib ki, hazırda Ermənistan hökumətinin əsas məqsədi gənc erməni oğullarının həyatını xilas etməkdir.
“İrəvanla Bakı arasında tezliklə sülh sazişinin imzalanmasına ümid edirik. Bu saziş mümkün qədər tez imzalanmalıdır”.