Finlandiya hökuməti tərəfindən hazırlanan NATO-ya üzvlük haqqında qanun layihəsi Qərbin nüvə silahlarının ölkə ərazisində yerləşdirilməsinə icazə verir.
"Unikal" xəbər verir ki, bu barədə Finlandiyanın prezident aparatındadərc olunan sənədin mətnində qeyd olunub.
Məlumata görə, Xarici İşlər, Daxili İşlər və Müdafiə nazirliklərinin nümayəndələrinin müəllifi olduğu qanun layihəsi demək olar ki, hazırdır və yaxın iki həftə ərzində Parlamentin müzakirəsinə təqdim olunacaq.
Ağarza Elçinoğlu