Rusiyada COVID-19-un iki yeni variantı müəyyən edilib.
"Unikal" xəbər verir ki, bu barədə Rospotrebnadzorun rəhbəri Anna Popova jurnalistlərə bildirib.
Məlumata görə, onlardan biri Omikron ştamının yarımnövü - Cerberusdur.
Popova qeyd edib ki, yeni variantların yayılması baxımından epidemioloji vəziyyətin daha da inkişafı proqnozlaşdırılır.
İdarə rəisinin sözlərinə görə, ölkədə bununla bağlı yenidən hər hansı məhdudiyyətin tətbiqi nəzərdə tutulmur.
Ağarza Elçinoğlu