Rusiya prezidenti Vladimir Putin Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunakı vəzifəyə başlaması münasibətilə təbrik etməyib.
"Unikal" xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O, Britaniyanı dost olmayan ölkə adlandırb: "Yox. Bilirsiniz ki, Böyük Britaniya indi dost olmayan ölkələr kateqoriyasındadır, ona görə də bununl bağlı Sunaka Teleqram göndərilmədi", - Peskov bildirib.
Ağarza Elçinoğlu