Belarus prezidenti Aleksandr Lukaşenko tezliklə Tehrana səfər edəcək.
"Unikal" xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan jurnalistlərə bildirib.
"Belarus prezidenti Lukaşenko tezliklə İrana gələcək. Onun səfəri zamanı digər sənədlərlə yanaşı, İran və Belarus arasında hərtərəfli uzunmüddətli əməkdaşlığa dair aktlar imzalanacaq", - XİN rəhbəri qeyd edib.
Ağarza Elçinoğlu