Türkiyənin Balıkesir bölgəsində 4,2 bal gücündə zəlzələ baş verib
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Hallar Xidmətinin Zəlzələ İdarəsi (AFAD) məlumat verib.
Episentri Bigadiç rayonu olaraq təyin edilən təbiət hadisəsi yerin 7 kilometr dərinliyində qeydə alınıb.
İlkin məlumata görə, zəlzələdən sonra heç bir dağıntı halına rastlanmayıb.
Ağarza Elçinoğlu