Polşa Senatı Rusiya hakimiyyətini "terrorçu rejim" kimi tanıyan qətnamə qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Senatın rəsmi internet səhifəsində yerləşdirilən məlumata əsasən, Senatın 85 üzvü səsvermədə iştirak edib və qətnamənin lehinə səs verib.
Polşa Senatı beynəlxalq ictimaiyyətə də çağırış edib və Ukraynada törədilən cinayətləri araşdıran Beynəlxalq Cinayət Məhkəməsinə ümumdünya dəstəyi göstərməyə səsləyib.
Senat həmçinin Polşa hökumətinə və xalqına Ukraynadan gələn qaçqınlara göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.