Teleaparıcı Kseniya Sobçak “Rostex” dövlət korporasiyasından pul tələb etməkdə şübhəli bilinir.
"Unikal" xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından bildirilib.
Sobçak Rusiya Federasiyası Cinayət Məcəlləsinin 163-cü maddəsinin 3-cü hissəsinin "b" bəndi ( külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) ilə şübhəli bilinir.
İş üzrə zərərçəkmiş şəxs qismində "Rostex"in vəzifəli şəxsi tanınıb.
Sobçakın 15 ilə qədər həbs nəzərdə tutulur.