Türkiyə Prezident Rəcəb Tayyib  Ərdoğan İsveçin Baş naziri Ulf Kristersson ilə telefon danışığı aparıb.

"Unikal" xəbər verir ki, telefon danışığında ikitərəfli münasibətlər və  Skandinaviya ölkəsinin NATO -ya daxil olması məsələləri müzakirə edilib. 

 Ərdoğan Kristerssonu İsveçin baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

“O, noyabrın 19-da Türkiyəyə səfər etmək arzusundan məmnunluğunu ifadə edib. Prezident İsveç hökuməti ilə əlaqələrin hərtərəfli inkişafının tərəfdarı olduğunu bildirib”.

 Bundan əvvəl İsveçin Türkiyəyə NATO-ya üzvlüyün təsdiqlənməsi üçün atılan addımları təsvir edən məktub göndərdiyi məlum olub  .

Xəbər yayılmışdı ki, İsveçin yeni baş naziri Ulf Kristersson Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan ölkəsinin NATO-ya qəbulu məsələsi ilə bağlı görüş istəyib.

Gültəkin